KTİM HAQQINDA

Layihənin əsas fəaliyyətləri

• Kəhriz Tədqiqat və İnformasiya Mərkəzinin (KTİM) yaradılması və onun davamlılığını təmin etmək
• KTİM üçün onlayn platforma (vebsayt) yaratmaq və idarə etmək.
• Kəhriz mühəndisliyi üzrə 10 pedaqoji təlimçi heyət üzvünü seçmək.
• Kəhriz mühəndisliyi kursunu və kurs kitabını həm Azərbaycan, həm də İngilis dilində hazırlamaq. O, cümlədən tədris proqramının hazırlanmasına dair iki seminar təşkil etmək.
• Kəhriz mühəndisliyi kursunun təşviqat işlərini həyata keçirmək. O, cümlədən kursa dair bukletləri, reklam vərəqələrini, posterləri hazırlamaq və ən azı 200 nəfər tələbə arasında paylamaq.
• Layihə müddətində ən azı 100 bakalavr tələbəsi üçün aidiyyəti kursu təşkil etmək və layihə başa çatdıqdan sonra kursu davam etdirmək.
• Kəhriz mühəndisliyi kurslarına qəbul olunmuş 100 bakalavr tələbəsinin kəhriz sistemləri və onların iş funksiyalarını hərtərəfli şəkildə qavramağını təmin etmək məqsədi ilə həmin tələbələrin kəhriz sahələrinə təlim səfərlərini təşkil etmək.



Layihənin əsas fəaliyyətləri