TƏDQİQATLAR

TƏDQİQATLAR

Kəhrizlərin bərpası və layihələndirilməsində tədqiqat işləri
Kəhrizlərin bərpası, qazılması, qurulması, istismarı məsələlərində tədqiqat işlərinə xüsusi diqqət yetirilməlidir. Kəhrizlərin layihələndirilməsində toroqrafik, hidroloji, hidrogeloji və inşaat – istehsalat axtarış işləri aparılmalıdır.
Topoqrafik axtarışlar nəticəsində kəhriz yerləşən sahənin hozizontallı planı və orada yaxınlığında nə yerləşirsə o qurğu çəkilməlidir.
Hidroloji axtarışların vəzifəsi su mənbəyinin (çay, göl) sərfi, suyun səviyyələri, çöküntülər barədə ətraflı məlumat toplamaqdır. Kəhriz qazılan yerin qrunt şəraitinin yararlı olmasının və qrunt suları səviyyəsinin dəyişməsi nin öyrənilməsi geoloji və hodrogeoloji axtarışların üzərinə düşür. Çöl şəraitində qazma quyularından çıxarılan qruntlar laboratoriyada öyrənilməli və onların sızma və məsaməlik əmsalları, xüsusi çəkiləri, sıxlığı mexaniki tərkibi, su tutumu, daxili sürtünmə bucağı, kimyəvi tərkibi tapılmalıdır.
Qazıntı və axtarış işlərində, qruntun daşınması görülən işlərin mexanikləşdirilməsi, elektrik enerjisinin götürülməsi, iş istehsalı üçün lazımi mexanizlərin və avadanlıqların olması, yolların nəqliyyatı hərəkəti üçün yararlığı müəyyənləşdirilməlidir.

Çöl tədqiqat işlərinə hazırlıq mərhələsi.
Çöl tədqiqat işlərinə hazırlıq mərhələsi.
- Tədqiqat obyektinin seçilməsi.
- Obyektdə ilkin vizual müşahidələrin aparılması.
- Qarşıya qoyulan məqsəddən asılı olaraq tədqiqat metodunun seçilməsi və metodikanın öyrənilməsi.
- Bu sahədə aparılmış, eləcə də ərazinin təbii xüsusiyyətlərini əks etdirən ədəbiyyat və fundamental materiallarla tanışlıq.
- Obyektin əhatə olunduğu müxtəlif miqyaslı topoqrafik xəritə və ya planın seçilməsi.
- Texniki vasitələrin, avadanlığın, tədqiqata uyğun ölçmə cihazlarının seçilməsi və hazır vəziyyətə gətirilməsi.
- Maliyyə vəsaitinin və əlavə xərclərin hesablanması.
- Təhlükəsizlik qaydaları ilə tanışlıq.

Çöl tədqiqatının və təcrübələrin yerinə yetirilmə mərhələsi
Aparılacaq araşdırmaların məzmununa uyğun olaraq plan proqram hazırlamalı və burada aşağıdakılar öz əksini tapmalıdır:
- Ərazinin geomoxfologiyası, landşaftı, geologiyası, iqlim xüsusiyyətləri, torpaq-bitki kompleksi və sair barədə məlumatların toplanması.
- Morfometrik hesablamaların aparılması.
- Müxtəlif dalğa uzunluğunda spektral çəkilişləri aparmaqla yeraltı suyun səviyyəsinin və toplandığı yerlərin dəqiqləşdirilməsi.
- Topoqrafik sxemin çəkilməsi.
- Su nümunələrinin götürülməsi, ilkin kimyəvi və bakterioloji analizlərin aparılması.
- Su sərfinin hesablanması.
- Suyun ekoloji xüsusiyyətlərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi.

Kəhrizlərin və qrunt sularının aerokosmik tədqiqi.
Hidrogeoloji şəraitin aerokosmik metodlarla tədqiqi sahəsində müxtəlif illərdə Azər¬baycanın müxtəlif regionlarında aparılmış elmi-metodik işlərinə əsaslanaraq Naxçıvan MR ərazisində yeraltı suların yerləşmə xüsu¬siyyətləri öyrənilmişdir.
Aerokosmik tədqiqat metodlarında təbii obyekt və proseslərin, o cümlədən kəhrizlərin öyrənilməsində infraqırmızı çəkilişlər (İQ) digər çəkilişlərdən fərqli olaraq bir sıra üstünlüklərə malikdir və digər üsullarla əldə olunması mümkün olmayan nəticələr almaq mümkündür.
Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən indiyə qədər Naxçıvan Muxtar Respublikasında cəmi 388 kəhriz qeydə alınmişdır.
Bu kəhrizlər müxtəlif səviyyədə tədqiq olunmuşdur. Onların ümumi uzunluğu 128120 m, quyuların sayı 3895 ədəd, faktiki su sərfi 2173,9 l/san, istismar vəziyyəti və bərpa vəziyyəti tədqqi edilmişdir.
ADAU-da Kəhriz Tədqiqat və İnformasiya Mərkəzinin kəhriz üzrə təlimçi müəllimləri 10 ədəd mövcud olmuş, lakin işləməyə kəhrizləri bərpası məqsədi ilə tədqiq edəcəklər.