KƏHRİZLƏR
Qədim zamanlardan bəri insanlar həm içmək və həm də əkinləri suvramaq üçün təbii su mənbələrinin axtarışında olmuşdur. Belə su mənbələrindən biri dağlıq və dağətəyi ərazilərdə yerin üst qatında sulu laylarda yerləşən yeraltı sulardır ki, bu sulardan istifadə etmək üçün kəhrizlər qazılmışdır. Azərbaycan ərazisində qədim və orta əsrlərə aid çoxlu kəhrizlərə rast gəlinir. Əldə olunan tarixi faktlar bu su sistemlərinin tarixini 2000-2200 il əvvələ aid etməyə imkan verir. Aparılan tədqiqatlar, xüsusilə arxeoloji qazıntılar zamanı əldə olunan materiallar, maddi mədəniyyət nümunələri, orta əsr müəlliflərinin fikirləri sübut edir ki, Azərbaycan ilk kəhrizlərin yarandığı ərazilərdən biri olmuşdur.

Arxeoloq Y.H.Hummel keçən yüzilliyin 30-cu illərində Şamxorçay (Şəmkirçay) ətrafında arxeoloji tədqiqatlar apararkən qəbiristanlıqda qədim kəhriz qalıqları aşkar etmişdir. Qazıntı zamanı əldə olunan maddi mədəniyyət nümunələrinə əsasən abidə eramızdan əvvəl I əsrə aid edilmişdir. Həmçinin alim Gəncədə və Gəncə ətrafı bölgələrdə əkin sahələrinin suvarılması zamanı kəhrizlərdən istifadə edilməsini göstərmişdir. Orta əsr qaynaqlarına əsaslanan bir sıra tədqiqatçılar, o cümlədən akademik Ə.Əlizadə və görkəmli şərqşünas İ.Petruşevski apardıqları tədqiqatlara söykənərək Azərbaycanda suvarmanın qədim zamanlardan formalaşan, orta əsrlərdə mövcud olan və daha da inkişaf edən dörd növünün olduğu qənaətinə gəlmişlər:
1. Arəs;
2. Çay (kanalların və ehtiyat su anbarlarının köməyi ilə);
3. Kəhriz (yeraltı suların xüsusi lağımlar vasitəsilə yerin üstünə çıxarılması);
4. Quyu.
Suvarmanın qeyd olunan birinci iki növü yerüstü, sonrakı iki növü isə yeraltı suvarma qurğuları ilə bağlıdır. Belə ki, içməli, məişət və suvarma suyuna olan tələbat Azərbaycan şəhərlərində kəhriz sistemlərinin yaranmasını şərtləndirən əsas amillərdən biri olmuşdur.
XVII- yüzillikdə Azərbaycana gəlmiş Fransız səyyahı J.Şardən kəhriz qurğularının təsvirini aşağıdakı kimi göstərir: «Onlar (azərbaycanlılar - müəllif) «yeraltı» suyu tapmaq üçün dağın altını qazırlar. Tapılan suyun yüksəklikdən aşağı yaxşı axması üçün onlar 8-10 lye, bəzən daha çox uzun məsafədə yeraltı kanal qazırdılar. Dünyada bu qədər suya qənaət edən başqa bir xalq yoxdur. Bəzən yeraltı su mənbələrinin dərinliyi 10 tuazdan 15 tuaza qədər çatırdı. Bu cür yeraltı kanalların dərinliyi 8 futdan 10 futadək, eni isə 2 futdan 3 futadək olur».
Arxeoloji qazıntılar və təsərrüfat işləri zamanı aşkar olunan maddi mədəniyyət nümunələri təsdiq edir ki, orta əsrlərdə Bakı şəhərində kəhriz sistemlərindən geniş istifadə olunmuşdur. Bakı şəhəri tarixinin tədqiqatçısı Sara Aşurbəyli yazır ki, XIV əsrin sonu - XV əsrin əvvəllərində Bakıda qalanın əhalisini su ilə təchiz edən su kəməri və kəhriz sistemi mövcud olmuşdur. Şəhərdə aparılan arxeoloji tədqiqatlar və tikinti işləri zamanı aşkar olunan materiallar bu su kəmərləri və kəhriz sistemləri haqqında müəyyən fikir söyləməyə imkan verir. Məsələn, Bakının Lermontov və B.Sərdarov küçələrinin tinində 1953-cü ildə tikinti məqsədi ilə aparılan qazıntı işləri zamanı şəhərin şimal-qərbindən cənub-şərqinə doğru İçəri¬şəhər istiqamətində su kəməri aşkar edilmişdir. Görkəmli alim Ə.Əlizadənin yazdığına görə, şəhərin dağlıq hissəsində yerləşən Çəmbərəkənddə qazılan kəhrizlərin suyu bu kəmərlə şəhərə gəlirdi. Bununla yanaşı Bakının yuxarı hissəsində, Niyazi küçəsində ovdan yaradılmışdır. Bu ovdan son vaxtlaradək qalırdı. Şah su kəməri adlanan bu xətt indiki Bakı Şəhər İcra Hakimiyyətinin binası yaxınlığından qalaya daxil olurdu və şəhərin hazırda Şirvanşahlar sarayı yerləşən ərazisində yaşayan əhalisini su ilə təmin edirdi. Həmçinin, bu ərazidə 1958-ci ildə torpaq işləri aparılarkən Bakı qala divarının yaxınlığında, 10 metr dərinlikdə yonulmuş dördkünc daşlardan çəkilmiş qədim su kəməri aşkara çıxarılmışdır. Daşın iç tərəfdən eni 14 sm, hündürlüyü 20 sm- dir. Daşın üzərində ərəb əlifbasının kufi xəttilə həkk edilən kitabəyə əsasən, bəmin su kəmərini XI-XII əsrlərə aid etmək olar.

1959-cu ildə bu yerin yaxınlığında, qala bürclərinin birinin altında uzunluğu 45 metrdən artıq, hündürlüyü isə 1 metrə yaxın olan yeraltı lağım aşkar edilmişdir. Lağımın qurtaracığmda çatma tağ tavanlı kamera olmuşdur. Professor Y.Paxomovun rəhbərliyi ilə Mədəniyyət Nazirliyinin bərpa emalatxanası və Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları tərəfindən öyrənilərək ölçüləri götürülmüş bu qurğu bütünlüklə əhəngdaşından hörülmüşdür. Aşkar edilmiş lağım qalanı su ilə təchiz edən kəhrizlərdən birinin tərkib hissəsi, kamera isə bir növ, sudurulducu hovuz olmuşdur. Bakı şəhərində qala divarlarından 400-500 metr şərq tərəfdə, şəhərin Hüsü Hacıyev küçəsində 1953-cü ildə yeni evin tikintisi üçün bünövrə yeri qazılarkən yer səthindən 8 metr dərinlikdə kəhriz aşkar olunmuşdur. Bu kəhriz sisteminin baş lağımı düz xətlə şəhərin yuxarı hissəsinə tərəf davam edirdi. Bu su kəməri Şamaxı darvazası rayonunda qalaya daxil olaraq şəhərin şərq hissəsində yaşayan əhalinin içməli və məişət suyuna olan tələbatını ödəyirdi.
Azərbaycanda olan kəhriz sistemlərinin quruluşu, çıxışlarının forması, çalagərdənin tikilişi İranın Şərqi və Qərbi Azərbaycan ostanlarındakı kəhrizlər ilə eynilik təşkil edir.
Hazırda Azərbaycanda fəaliyyət göstərən kəhrizlərin bir qismi məhz XIX yüzillikdə ölkənin imkanlı şəxsləri tərəfindən tikilmişdir. XIX yüzilliyin I rübündə Azərbaycanda kəhriz sistemləri geniş yayılmışdı. Həmin dövr tədqiqatçılarının yazdığına görə, Azərbaycanda kəhriz sistemlərinin uzunluğu XIX əsrdə 2500 km -ə yaxm olmuşdur. Kəhrizlər Naxçıvanda, Qarabağda, Gəncədə geniş yayılmışdı. Kəhriz suyu ilə hər il Azərbaycanda 50 min desyatindən (72 500 ha) artıq əkin sahəsi suvarılırdı.
XX yüzilliyin 30-cu illərində Mil-Qarabağ zonasında su sərfi 10,23 m3/san olan 157, Araz vadisində isə 5,79 m3/san olan 140 kəhriz fəaliyyət göstərmişdir. Yalnız Gəncə şəhərində su sərfi 0,428 m3/san təşkil edən 8 kəhriz sistemi şəhəri su ilə təchiz edirdi. Ümumiyyətlə, Gəncə şəhərində və ətrafdakı 25 kənddə əhalinin istifadə etdiyi 97 kəhriz mövcud olmuşdur. Onlardan 30-u bilavasitə şəhərin ərazisində olmaqla, müxtəlif dövrlərdə çəkilmişdir. Bunlardan Məscid (30 l/san), Cümə (25 l/san), Şahsevən (27 l/san), Ozan (27 l/san), Hacı Mirqasım (30 l/san), Hacı Qədimli (28 l/san), Cavad xan, Şərəfxanlı (37 1/san), Hacı Hilal, Sadıllı (30 l/san), Zülülər (15 l/san), Qaymaqlı (32 l/san), Qalalılar (27 1/san), Hacıməmmədli (26 l/san), Seyid (25 l/san), Arzumanlı (16 l/san), Abuzərbəyli (18 l/san), Orta (18 l/san) və başqa kəhrizləri göstərmək olar.
Azərbaycanda çox sulu kəhrizlər vardır, onlardan Qarabağda Həmidə xanım I kəhrizi (160 l/san), Naxçıvanda Çay kəhrizi (120 l/san), Əliabad kəhrizi (114 l/san) və s. göstərmək olar.
Azərbaycanda yayılmış kəhriz sistemlərinin iş prinsipi, quruluşu, konstruktiv elementləri, qidalan¬ma mənbələrinə görə təsnifatı, kəhriz sistemlərinin bərpası, onların istismar xüsusiy¬yətləri, eləcə də ekoloji vəziyyətlərinin qiymətlən-dirilməsinin və s. elmi prinsiplər əsasında tədqiq edilməsinə ciddi ehtiyac vardır.
Azərbaycanda kəhriz qazma işlərinin çoxunda İranın Təbriz, Urmiya, Mərənd və s. bölgələrdən gələn kankanların rolu böyük olmuşdur. Bunu əldə olunan tarixi məlumatlar, istifadə olunan iş alətləri, qazma texnologiyası qaydaları və s. təsdiq edir.
Hesablamalara görə 1938—ci ildə Azərbaycanda rəsmi dövlət qeydiyyatında olan 885 kəhriz fəaliyyətdə olmuşdur ki, onların da su sərfi 13,354 m3/san təşkil etmişdir. Bu isə təxminən il ərzində 419,42 mln m3 həcmə bərabərdir.
Qeyd etmək lazımdır ki, hazırda istifadə edilən kəhriz suyunun həcmi 1938-ci ildəki həcmin 20-25 % -ni təşkil edir.
1939-cu ilə qədər İranın güneyindən gəlmiş kankanların Naxçıvanda, Gəncədə, Dağlıq və Aran Qarabağda və s. ərazilərdə kəhriz qazma fəaliyyətləri ilə məşğul olmuşlar.
Hətta 70 il öncə Naxçıvanda işləmiş iranlı kankanların sovetlər ittifaqı dağıldıqdan sonra Naxçıvana gəlməsi də maraqlı faktdır.
1939-cu ildə sərhədlərin bağlanması ilə əlaqədar Azərbaycanda işləyən iranlı kankanların bir çoxu burada qalaraq ailə qurmuş və ömürlərinin sonuna qədər öz peşələri ilə məşğul olmuşlar. Onlar işlədikləri yerdən asılı olmayaraq hər yerdə öz peşələrinəsadiq qalmışlar.