HAQQIMIZDA

• Kəhriz Tədqiqat və İnformasiya Mərkəzinin yaradılması (KTİM) və kəhriz mühəndisliyi kursunun açılması layihəsi 16 iyul 2019-cu il tarixində Birləşmiş Millətlər Təşkilatı strukturuna daxil olan Beynəlxalq Miqrasiya Təşkilatıilə Azərbaycan Dövlət Aqrar Universitet arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
• Mərkəz Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsinin binasında yerləşir.
• Layihə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilir.
Layihənin əsas məqsədi
• Azərbaycan Dövlət Aqrar Universitetində Kəhriz Tədqiqat İnformasiya Mərkəzini yaratmaq və kəhriz mühəndislik kursunu təşkil etmək.
• Kəhriz mühəndislik kursu vasitəsilə uyğun ixtisas üzrə 100 nəfər bakalavr tələbələrə tədris olunmaq üçün Kəhriz fənini univeristetin tədris planına əlavə etmək.
• Kəhriz haqqında tədqiqatlar və təhsil mübadiləsi fəaliyyətlərini reallaşdırmaq.