KOREYA BEYNƏLXALQ ƏMƏKDAŞLIQ AGENTLİYİ (KOICA)

İnkişaf etməkdə olan ölkələr üçün qrant və əməkdaşlıq proqramını həyata keçirir.
Yoxsulluğun aradan qaldırılmasına və tərəfdaş ölkələrin davamlı sosial-iqtisadi inkişafına dəstək verir.
Əməkdaşlığa başadıqdan bəri toplam 49,28 milyon ABŞ dolları həçmində 11 Qrant Layihəsi Azərbaycanda uğurla başa çatdırılmıçdır.
Hazırda KOICA-nın Qrant yardımı hesabına Azərbaycan Təhsil nazirliyi ilə 6 milyon ABŞ dolları büdcəyə malik layihəsi və BMqT ilə 4,5 milyon ABŞ dolları büdcəli layihəsi icra olunmaqdadır.
Azərbaycandakı fəaliyyəti
KOİKA proqramının Azərbaycanda tarixi 1994-cü ildə KOİKA-nın Azərbaycana təxirəsalınmaz vəziyyətlə əlaqədar 50 000 ABŞ dolları məbləğində yardım etdiyi zaman başlamış və 1996-cı ildən 2005-ci ilə qədər KOICA 65 nəfər üçün təlim proqramları (300 000 ABŞ dolları dəyərində) təşkil etmişdi. 2006-cı ilin martında Koreya Respublikasının Səfirliyi açıldı və Koreya Respublikasının Prezidenti cənab Mu-hyun Roh həmin ilin iyun ayında Azərbaycana səfər etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 2007-ci ilin aprelində Koreyada rəsmi səfərdə oldu.
Bu zəmində, 2009-ci ilim fevral ayında KOİKA-nın Azərbaycan Nümayəndəliyi açıldı. KOİKA-nın 2011-ci ildə Azərbaycan proqramlarına ayırdığı maliyyə təxminən 10 milyon ABŞ dolları olmuşdur.
Təqaüd proqramı (magistratura dərəcəsi proqramı)
KOICA dövlət qulluqçularına Koreyanın nüfuzlu universitetlərində təqaüdlə magistratura proqramında təhsil almaq imkanı yaradır. 2011-ci ildə KOİKA Azərbaycandan 4 dövlət qulluqçusuna Beynəlxalq Araşdırmalar (Qadınlar və İnkişaf), Beynəlxalq Araşdırmalar, Dövlət Siyasəti və Koreyanın İqtisadiyyatı və İnkişaf Əməkdaşlığı sahələri üzrə təhsil təklif etmişdir.
Azərbaycanda KOICA Məzunlar Assosiasiyası (KOAZ)
Azərbaycanda KOICA Məzunlar Assosiasiyası (KOAZ) KOİKA-nın təlim iştirakçıları tərəfindən təsis edilmişdir. KOAZ Koreya və Azərbaycan arasındakı əlaqələri təşviq etmək, KOICA təlimindən əldə edilmiş bilik vasitəsilə Azərbaycanın sosial və iqtisadi inkişafına töhfə vermək və KOİKA təlim iştirakçıları arasında dostluğu inkişaf etdirmək üçün təşkil olunmuşdur.