XƏBƏRLƏR

ADAU-da Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU), Beynəlxalq Miqrasiya Təşkilatı və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində yaratdıqları Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzin açılışında çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, Mərkəz kəhriz sistemləri haqqında məlumatların toplanması, tədqiqatların aparılması, kəhrizlər haqqında məlumatların, bilik və təcrübələrin paylaşılması üçün vacib bir yerdir.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyinin ölkə üzrə direktoru Park Kumok layihənin vacibliyini vurğulayaraq iştirakçılara uğurlar arzu edib.

Daha sonra Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin nümayəndəsi Rövşən Məmmədov “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” haqqında çıxış ediblər.

Qeyd edək ki, Bu tərəfdaşlıq çərçivəsində ADAU-nun müəllimləri kəhriz mühəndisliyi üzrə təlimçi kurslarında iştirak edib və onların Naxçıvana 3 günlük işgüzar səfəri təşkil olunub. Tədqiqat səfəri onlara kəhriz su təchizatı sistemi haqqında biliklərini artırmaq və Naxçıvanda kəhrizlərin bərpa və onlara texniki qulluğun ən yaxşı təcrübələrini öyrənmələrini təmin etmək məqsədi daşıyıb. Bundan əlavə, layihə çərçivəsində BMT ilə birgə tədris planını hazırlaması nəzərdə tutulur. Bu tədris planı müvafiq mütəxəsisslərin hazırlanmasında istifadə ediləcək. Layihəsi çərçivəsində məcburi köçkünlərində sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Fuzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur.

ADAU-da Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başlayıbADAU-da Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başlayıbADAU-da Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başlayıbADAU-da Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başlayıbADAU-da Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başlayıbADAU-da Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başlayıbADAU-da Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başlayıbADAU-da Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başlayıbADAU-da Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başlayıbADAU-da Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başlayıbADAU-da Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başlayıb
BU XƏBƏRİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ PAYLAŞ: