Kəhriz mühəndisliyi peşəsinin sirləri gələcək nəsillərə ötürülür
Avqustun 30-da Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 11 müəllim heyəti və təşkilatın yerli nümayəndəliyinin beş əməkdaşı üçün kəhrizlərin inşası və onlara texniki qulluq üzrə təlimçilər üçün üçgünlük təlim keçirib.
Təlimi beynəlxalq kanallar və tarixi hidrovlik strukturlar mərkəzindən olan iki mütəxəssis aparıb.
Təlimin ardından ADAU-nun müəllim heyəti və BMqT-nin əməkdaşları biliklərini artırmaq, kəhrizin inşası və onlara qulluq üzrə ən yaxşı təcrübəni öyrənmək üçün sentyabrın 2-dən 4-dək Naxçıvana səfər edəcəklər.
ADAU müəllimlərinə kəhriz mühəndisliyi kursunu universitetin tədris planının bir hissəsi olaraq daxil edilməsinə imkan yaratmaq məqsədi daşıyan bu təlim Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyi ilə reallaşdırılan “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində təşkil edilib.
Həmin layihə çərçivəsində ADAU-da Kəhriz Tədqiqat və İnformasiya Mərkəzinin yaradılması ilə yanaşı, məcburi köçkünlərin sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur.