Dünyada ilk olaraq Azərbaycanda Kəhrizlərin innovativ qazılma texnologiyası tətbiq edilir.
Dünyada ilk olaraq Azərbaycanda Kəhrizlərin innovativ qazılma texnologiyası tətbiq edilir.
Kəhrizlərin öyrənilməsi, qurulması, istismarı, təmiri və bərpası kəhriz sistemlərinin inkişafının əsas məsələlərindəndir. İndiyə qədər dünyanın əksər ölkələrində kəhrizlər demək olar ki, eyni qayda ilə ibtidai üsullarla qazılır. Lakin dünyada ilk olaraq Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” adlı layihəsi əsasında Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində kəhrizlərin qazılmasında innovativ texnologiyanın tətbiqinə başlanmışdır.
Artıq texnologiyanın tətbiqi ilə ənənəvi kəhriz qazma texnologiyasında istifadə edilən əl əməyi demək olar ki, qazma işlərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əvəz edilmişdir.
Ənənəvi texnologiya ilə qazma zamanı kəhriz quyularının və kəhriz tünelinin qazılmasına illərlə vaxt sərf olunmaqla böyük zəhmət və böyük maliyyə vəsaiti sərf olunurdusa, indi bu qazma işləri aylar müddətində həm iqtisadi cəhətdən və həm də təhlükəsizlik nöqteyi nəzərcə səmərəli başa gələcək və bu kəhrizlərin istismarı da səmərəli olmaqla təmiri və qorunması da sərfəli şəkildə idarə ediləcəkdir.
Burada Beynəlxalq Miqrasiya Təşkilatının Mingəçevir ofisinin mühəndisləri Arzu Musayev və Rəvan Mehdiyevin gördükləri işlər təqdirəlayiqdir.







