XƏBƏRLƏR

Kəhrizlər üzrə Milli Baş Planın təqdimatı

25 iyun 2021-ci il tarixdə onlayn üsulla Azərbaycanda
“ Kəhrizlər üzrə Milli Baş Planın təqdimatı” keçirilmişdir.

Təqdimatda BMqT-nin Azərbaycan üzrə missiya rəhbəri Vladimir Georgiyev, BMqT-nin "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı" layihəsi üzrə kordinator Seo Hye Ryong, həmçinin Mingəçevir ofisinin mühəndisləri Rəvan Mehdiyev, Arzu Musayev, Kəhrizlər üzrə Milli Baş Planın ilkin versiyası üzrə Caspian Legal Center təşkilatının nümayəndəsi Fərid Nəbili çıxış etmişlər.
Görüşə Prezident Administrasiyası, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya Nazirliyi, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (ASC), Naxçıvan Meliorasiya və Su Təsərrüfatı İdarəsi, Azərsu ASC, Azərbaycan Dövlət Pedaqoji Universiteti(ADPU), Bakı Mühəndislik Universiteti, Bakı Dövət Universiteti, Azərbaycan Elmi Tədqiqat və Su Problemləri İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Naxçıvan Dövlət Universitetinın nümayəndələri dəvət edilmişlər.

Kəhrizlər üzrə Milli Baş Planın təqdimatıKəhrizlər üzrə Milli Baş Planın təqdimatıKəhrizlər üzrə Milli Baş Planın təqdimatıKəhrizlər üzrə Milli Baş Planın təqdimatıKəhrizlər üzrə Milli Baş Planın təqdimatıKəhrizlər üzrə Milli Baş Planın təqdimatıKəhrizlər üzrə Milli Baş Planın təqdimatıKəhrizlər üzrə Milli Baş Planın təqdimatıKəhrizlər üzrə Milli Baş Planın təqdimatıKəhrizlər üzrə Milli Baş Planın təqdimatı
BU XƏBƏRİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ PAYLAŞ: