XƏBƏRLƏR

ADAU-da beynəlxalq layihə çərçivəsində nəşr olunan «Kəhriz sistemləri» kitabının təqdimatı keçirilib.

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) arasında bağlanmış və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən maliyyələşən "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı" layihəsi çərçivəsində 29 dekabr 2021-ci il tarixində ADAU-nun Kəhriz İnformasiya Resurs Mərkəzində “Kəhriz sistemləri” kitabının təqdimatı keçirilmişdir.

Tədbirdə Tədris işləri üzrə prorektor, dosent Anar Hətəmov, Mühəndislik fakültəsinin dekanı, dosent Təvəkkül İsmayılov, Meliorasiya və hidrotexniki qurğular kafedrasının müdiri, ADAU-nun professoru Mirnaib Mirsalahov, dosent İsgəndər Hüseynov, baş müəllim Misirxan Həsənov, baş müəllim Vüqar Babayev, assistent Mahir Bayramov, assistent Ramil Mustafayev, assistent Etibar Verdiyev, assistent Rizvan Abdullayev, dosent Urfan Tağıyev, dosent Tohid Məmmədov və dosent əvəzi Zaman Zeynalov, müəllimlər və meliorasiya mühəndisi ixtisasının bir qrup tələbəsi iştirak etmişdir.

Tədbiri açılış sözlə Tədris işləri üzrə prorektor, dosent Anar Hətəmov açmışdır. Daha sonra Meliorasiya və hidrotexniki qurğular kafedrasının müdiri, ADAU-nun professoru Mirnaib Mirsalahov layihənin nəticələri və kitabın məzmunu haqqında iştirakçıları məlumatlandırmışdır.

Tədbirinin sonunda hər bir layihə təlimçisinə “Kəhriz sistemləri” kitabı təqdim olunmuşdur.

ADAU-da beynəlxalq layihə çərçivəsində nəşr olunan    «Kəhriz sistemləri» kitabının təqdimatı keçirilib. ADAU-da beynəlxalq layihə çərçivəsində nəşr olunan    «Kəhriz sistemləri» kitabının təqdimatı keçirilib. ADAU-da beynəlxalq layihə çərçivəsində nəşr olunan    «Kəhriz sistemləri» kitabının təqdimatı keçirilib.
BU XƏBƏRİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ PAYLAŞ: