XƏBƏRLƏR

Kəhriz mühəndisliyinə həsr olunmuş seminar

29.07.2020-cil il tarixdə Azərbaycan Dövlət Aqrar Universiteti nəzdində yaradılmış Kəhriz Tədqiqat və İnformasiya Mərkəzinin Kəhriz Muhəndislik kursu üzrə onlayn üsulla seminar keçirilmişdir.
Seminarda Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və BMT-nin Azərbaycanda Beynəlxalq Miqrasiya Təşkilatının missiya rəhbəri Vladimir Gjorgiyev açılış çıxışı etmişlər. Sonra seminar Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Mirnaib Mirsalahov, Naxçıvan Dövlət Universitetinin professoru Nazim Bababəyli, həmin Universitetinin baş müəllimi Əli Qurbanov, ADAU-nun dosentləri Urfan Tağıyev, Tohid Məmmədov, baş müəllim Misirxan Həsənov, assistentlər Mahir Bayramov və Ramil Mustafayev Kəhriz mühəndisliyinə həsr olunmuş müxtəlif mövzular üzrə təlimlər kecmişlər.
Onlayn seminarı uyğun ixtisas tələbələri, kənd təsərrüfatı mütəxəssisləri dinləmiş və səmərəli suallar vermişlər. Sonda müzakirələr aparılmışdır.
Kəhriz mühəndisliyinə həsr olunmuş seminarKəhriz mühəndisliyinə həsr olunmuş seminarKəhriz mühəndisliyinə həsr olunmuş seminarKəhriz mühəndisliyinə həsr olunmuş seminarKəhriz mühəndisliyinə həsr olunmuş seminar
BU XƏBƏRİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ PAYLAŞ: