07 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının kəhrizlərinə dair Milli Baş Plan Layihəsinin ilkin təqdimatının onlayn formatda 2-ci görüşü kecirilmişdir.
Göruşdə BMqT-nin Azərbaycandakı Missiya rəhbəri cənab Vladimir Georgiyev, BMqT-nin baş mühəndisi Arzu Musayev, ADAU-nun professoru Mirnaib Mirsalahov, Caucasus Geo-survey, LLC (BMqT -nin layihə partnyoru) Rauf Amanov, Caspian Legal Center LLC (BMqT -nin layihə partnyoru) Fərid Nəbili çıxış etmişlər. Göruşdə Azərbaycan Respublikasının səlahiyyətli qurumlarının nümayəndələri, dəvət olunmuş qonaqlar iştirak etmiş və Azərbaycan Respublikasının kəhrizlərinə dair Milli Baş Planın Layihəsi müzakirə edilmişdir.
















